Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
"Unikal" xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı Albaniya təmsilçisi İslam Dudayevə 6:3 hesabı ilə qalib gələrək bu uğura imza atıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Əliabbas Rzazadə ( 57 kiloqram) və Maqomedxan Maqomedov (97 kiloqram) Olimpiadaya lisenziya əldə edib.