Xəbər verdiyimiz kimi, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu 07 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

"Unikal"ın məlumatına görə, şəhidimiz sabah Salyan şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.