Elmar Baxşıyev “Araz-Naxçıvan”ın yeni baş məşqçisi təyin olunub.
Klubdan "Unikal"a verilən məlumata görə, mütəxəssislə bu gün rəsmi müqavilə imzalanıb. O, bu vəzifədə Azər Bağırovu əvəzləyib.
Ardınca klub rəhbərliyi tərəfindən komanda üzvlərinə təqdim olunan baş məşqçi kollektivi ilk məşqinə çıxarıb.
“Araz-Naxçıvan”ın məşqçilər korpusunda da dəyişiklik edilib. Xaqani Məmmədov və Rasim Ramaldanov köməkçi-məşqçi təyin olunublar.
Qeyd edək ki, Elmar Baxşıyev futbolçu karyerası ərzində “Xəzər Universiteti”, “İnter”, “Xəzər-Lənkəran”, “Neftçi” və “Qəbələ” klublarının formasını geyinib, Azərbaycan millisinin heyətində 30-dan artıq oyun keçirib. Baş məşqçi kimi “Qəbələ”ni çalışdıran mütəxəssis Azərbaycan kubokunun qalibi olub.