"Nyukasl"ın keçmiş baş məşqçisi Co Kinner vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə "Mirror" mərhumun ailəsinə istinadən məlumat yayıb.
2015-ci ildən demensiya diaqnozu qoyulan mütəxəssis 77 yaşında dünyasını dəyişib.
Kinner 1966-1975-ci illər arasında "Tottenhem" ilə İngiltərə Kuboku, iki Liqa Kuboku və UEFA Kubokunu qazanıb. O, futbolçu karyerasını 30 yaşında Braytonda başa vurub.