Moskvanın Tverskoy Rayon Məhkəməsi qanuni oğru 50 yaşlı Teko Tbilisskini (Yakov İzmailov; adını və soyadını dəyişməzdən əvvəl – Teymuraz Faroyan) qiyabi həbs edib.
"Unikal" xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb. O, cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi) ittiham olunur və beynəlxalq axtarışa verilib.
"Məhkəmə Yakov İzmailovun Rusiya Federasiyası ərazisində saxlandığı andan həbs qətimkan tədbirinin seçilməsi və ya ekstradisiya edilməsi ilə bağlı istintaqın vəsatətini təmin edib", - deyə məhkəmənin mətbuat xidmətindən bildirib.
Teko Tbilisski 2015-ci ildə heroin saxlamaqda təqsirli bilinib. 2018-ci ilə qədər xüsusi rejimli koloniyada saxlanılıb. Azadlığa çıxandan sonra adını və soyadını dəyişib. Müstəntiqlərin fikrincə, Teko Tbilisski 1992-ci ildən bəri kriminal iyerarxiyada ən yüksək vəzifəni tutur.