ATƏT-lə savaş dərinləşdi
02:10 19-05-2013
İQTİSADİYYAT
ATƏT-lə savaş dərinləşdi
ATƏT-dən sərt xəbərdarlıq
Rəsmi Bakı ilə ATƏT arasındakı münaqişə gərginləşir. Belə ki, ATƏT Azərbaycanın təklifini qəbul etmək niyyətində deyil. Belə ki, ABŞ-ın ATƏT-dəki səfiri Yan Kelli təşkilatın Bakı ofisinin statusunun layihələr üzərində müşahidəçi səviyyəsinədək aşağı salınması ilə bağlı Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun məktubuna cavab verib. Mayın 14-də Vyanada ATƏT-in Daimi Şurasında çıxış edən Kelli Bakının ideyasını tənqid edərək, təklifi qəbuledilməz kimi qiymətləndirib.
"Biz Azərbaycanı uğurlu, demokratik, çiçəklənən və suveren ölkə kimi görmək istərdik. Bu səbəbdən mənim hökumətim Azərbaycan hakimiyyətinin builki etiraz aksiyalarına reaksiyasından, müxalifət fəallarının, vətəndaş cəmiyyəti fəallarının həbsindən, Azad Fikir Universitetinin bağlanmasından narahatdır.Qanunun aliliyinə və bütün əsas azadlıqlara - ifadə, toplaşma, birləşmə - hörmətlə yanaşılması Azərbaycanın demokratik millət kimi irəliləməsindən xəbər verir.2010-cu ildə Astanada ATƏT-in digər üzvləri kimi Azərbaycan və ABŞ da öz vətəndaşları qarşısında hesabatlı olduqlarını, ATƏT qarşısında götürdükləri öhdəliklərin tam yerinə yetirilməsinə məsuliyyət daşıdıqlarını bildiriblər", - bəyanatda deyilir. Yan Kellininin bəyanatında daha sonra qeyd edilib:"ATƏT-in Bakı ofisi Azərbaycanın demokratik inkişafına və hökumətlə vətəndaş cəmiyyəti arasında dialoqa, islahatların reallaşmasına mühüm dəstək verir. ABŞ ATƏT-in Bakıdakı hazırkı mandatını və ofisin işini tam dəstəkləyir. Ümid edirik ki, Azərbaycan ölkə cəmiyyətinin tam spektri cəlb olunmaqla bütün istiqamətlərdə iş üzrə ATƏT-in etibarlı iştirakını təmin edəcək.Biz təkidlə Azərbaycanı Bakı tərəfindən qaldırılan məsələlərin həlli üçün ATƏT ilə konstruktiv dialoqa başlamağa çağırırıq".Kelli deyib ki, "biz 16 oktyabr prezident seçkilərində ATƏT-in müşahidəçi missiyası üçün Azərbaycanın dəvətini gözləyirik". Xatırladaq ki, bu il martın 18-də E.Məmmədyarov ATƏT-ə müraciətində Bakı ofisinin statusunun aşağı salınmasını təklif edib. O, öz təklifini beynəlxalq şəraitin dəyişməsi və Azərbaycanın nailiyyətləri ilə izah edib.
Qeyd edək ki, statusun dəyişdirilməsi ilə bağlı mühüm məqam o idi ki, layihələrin gələcək koordinatoru bütün layihələri Azərbaycan hakimiyyəti ilə razılaşdırmalı və onları yalnız rəsmi Bakının razılığı ilə reallaşdırmalıdır.Amma ATƏT tək məktuba cavab verməklə kifayətlənmək niyyətində deyil. Ekspertlər hesab edir ki, ATƏT Azərbaycan hakimiyyətinə təzyiqləri artırmaq üçün ölkədə ki, siyasi prosesləri aktivləşdirəcək, açıq şəkildə müxalifətə dəstək verəcək. Artıq bunun ilk simptomlarıda görünür. Belə ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların liderləri hər zaman görüşə bilərlər, onların aralarındakı münasibətlər pozulmayıb.Bu barədə ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay deyib. Tarqay deyib ki, amma biz prezident seçkilərindən əvvəl Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaların iştirakı ilə dəyirmi masa təşkil etmək niyyətindəyik:
"Həmin tədbirin məqsədi seçkilərə hazırlıqları ələ almaq üçün bir zəmin hazırlamaqdır. Biz sadəcə zəmin hazırlaya bilərik, görüşə qatıla, vasitəçilik də edə bilmərik. Amma zəmin hazırlaya bilərik. Önəmli olanı siyasi partiyaların bir araya gəlib danışmalarıdır".Səfir Koray Tarqay tədbirin keçirləcəyi tarixin hələ bəlli olmadığını bildirib. Əli Əhmədov: "ATƏT-in partiyalar arasında siyasi dialoqun təşkil etmək niyyətinin arxasında nələrin durduğunu demək istəmirəm".ATƏT-in bu təklifinin arxasında nələrin durduğunu isə sözsüz ki, hakim düşərgədə yaxşı bilir. Elə YAP rəsmisinin verdiyi xəbərdə buna əyyani misaldır. "ATƏT ayrı-ayrı dövrlərdə, xüsusilə də seçki kampaniyaları ərəfəsində siyasi partiyalarla təmaslarını genişləndirir. Bu fəaliyyəti müsbət hesab edirəm. YAP da bu təmaslardan kənarda deyil və biz ATƏT-in həyata keçirdiyi layihələrdə iştirak edirik".Bu fikirləri Yeni Azərbaycan Partiyasının sədrinin müavini, icra katibi Əli Əhmədov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayın seçkilər ərəfəsində ölkədə siyasi partiyalar arasında dialoqun təşkili təklifinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, YAP-la digər siyasi partiyalar arasında bu və ya başqa formada dialoq həmişə davam edir: "Amma hesab etmirəm ki, YAP və digər partiyalar yalnız ATƏT-in şərtləri daxilində dialoq qurmalıdır. Ehtiyac yarandıqca, YAP digər partiyalarla istənilən mövzu ətrafında dialoq, fikir mübadiləsi aparmaqdan kənara çəkilmir. Amma indi Azərbaycan vətəndaşlarını düşündürən əsas məsələ siyasi partiyaların dialoqu deyil. Bu məsələ bəlkə də insanları düşündürən 20-30 məsələ arasında ən axırıncı yerdə dayanır. ATƏT-in bu məsələyə xüsusi həssaslıq göstərməsinin arxasında nələrin durduğunu mən demək istəmirəm. Bu təklifin əhəmiyyətini də aşağı salmaq istəmirəm. Amma qeyd etmək istəyirəm ki, YAP üçün seçki kampaniyası ərəfəsində həlledici məsələ seçicilərlə görüşməkdir".
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00