Moskva vilayətinin Voskresensk şəhərində evdə dəhşətli yanğın baş verib. 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, səkkiz nəfərdən ibarət ailənin 6 üzvü yanaraq ölüb. İki nəfər qonşuların müdaxiləsi nəticəsində dəhşətli yanğından sağ çıxarılıb. Yanğın güclü olduğundan digər şəxsləri xilas etmək mümkün olmayıb. 

Məlumata görə, ata və ana olmaqla dörd uşaq yanaraq həyatını itirib. Yanğın söndürülüb. Meyitlər tibbi-ekspertizaya göndərilib. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. 

Mütəxəssislər hadisə ilə bağlı araşdırmalara başlayıb. 

Gülayə Mecid