FIFA Avropada çempionat oyunlarının ABŞ-də keçirilməsi ilə bağlı qadağanı aradan qaldıracaq.
"Unikal" xəbər verir ki, məlumatı “Financial Times” yayıb.
Xəbərə görə, ali futbol qurumu bununla bağlı ABŞ-nin “Relevent” şirkəti ilə ilkin razılıq əldə edib.
Tərəflər rəsmi görüşlərin Avropadan ABŞ-yə köçürülməsini maraqlı variant hesab edirlər. FIFA daxili oyunların ölkə ərazisindən kənarda keçirilməsi ilə bağlı qaydalara dəyişiklik etmək məsələsinə müsbət rəy verib. Ancaq bununla bağlı hələ rəsmi qərar qəbul edilməyib.
Qeyd edək ki, Avropanın top-klubları bəzi çempionat və kubok görüşlərinin ABŞ-də təşkil olunmasının tərəfdarıdır.