İran hesab edir ki, Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasser Kənani Ermənistan-ABŞ-Aİ üçtərəfli görüşü ilə bağlı sualı cavablandırarkən deyib.
N.Kənani Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasının vacibliyini vurğulayıb:
"İqtisadi əməkdaşlığın gücləndirilməsi və əlaqələrin genişləndirilməsi Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasında, iqtisadi inkişafda səmərəli rol oynayır, və bu baxımdan mübahisələrin sülh yolu ilə həlli üçün regional strukturların, o cümlədən "3+3" məşvərət mexanizminin potensialından istifadə etmək lazımdır".