UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub.
"Unikal xəbər verir ki, “Atletiko Madrid” doğma meydanda Almaniyanın “Borussiya Dortmund” komandasını qəbul edib. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər oyununda İspaniyanın digər təmsilçisi “Barselona” Fransanın PSJ kollektivinin qonağı olub. Matç katalonların 3:2 hesablı üstünlüyü ilə bitib.
Bu cütlərdə cavab matçları aprelin 16-da keçiriləcək.
Qeyd edək ki, mərhələnin aprelin 9-da keçirilən ilk iki oyunu bol qollarla müşayiət olunan sülhlə yekunlaşıb. “Real Madrid" (İspaniya) “Mançester Siti” (İngiltərə) ilə 3:3, “Arsenal” (İngiltərə) isə “Bavariya” (Almaniya) ilə 2:2 hesablı heç-heçə edib.