Türkiyənin "Beşiktaş" komandası Almaniya "Bayer"nin hücumçusu Patrik Şiki icarəyə götürməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolieri X sosial şəbəkə hesabında məlumat verib.
Mənbənin sözlərinə görə, İstanbul nəhənginin rəsmiləri 28 yaşlı forvardı yayda icarəyə götürmək barədə almanlarla danışıqlar aparır.
"Beşiktaş" çexiyalı futbolçu üçün qarşı tərəfə bir illik icarə təklifi göndərmək niyyətindədir.
Qeyd edək ki, Patrik Şik bu mövsüm leverkuzenlilərin heyətində 22 matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.