Hindistan Ermənistana ilk hərbi attaşe təyin edib.

"Unikal" xəbər verir ki, bu barədə "İndia Today" məlumat yayıb. 

Qeyd olunur ki, Nyu-Dehli Ermənistan da daxil olmaqla on ölkəyə hərbi attaşe göndərəcək.

Onlardan bəziləri Hindistan hərbi nümayəndələrini ilk dəfə qəbul edəcək, digərləri isə mövcud hərbi və diplomatik heyəti yeniləyəcək və ya gücləndirəcək. Əsas diqqət Hindistanın hərbi-texniki əməkdaşlığı inkişaf etdirdiyi dövlətlərə verilir.

Məlum olduğu kimi, son illər Ermənistan və Hindistan fəal hərbi əməkdaşlığı inkişaf etdirir. Bu müddət ərzində tərəflər arasında bir sıra yüksək səviyyəli səfərlər olub, danışıqlar zamanı yüz milyonlarla dollar dəyərində sövdələşmələr bağlanıb.