Azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin şərəfini qoruduğu Türkiyə 1-ci Liqa təmsilçisi “Tuzlaspor” baş məşqçisiz qalıb.
"Unikal" xəbər verir ki, klubun çalışdırıcısı Bekir İrtegün tutduğu postdan istefa verib.
Son 2 oyunda uduzmayan İstanbul təmsilçisi hesabat turunda səfərdə “Giresunspor”u 3:0 hesabı ilə məğlub edib. Onlar 30-cu turda “Göztəpə”ni qəbul edəcək.
Qeyd edək ki, “Tuzlaspor” 29 turdan sonra turnir cədvəlində 31 xalla 15-cidir.