Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bununla bağlı "Unikal"a FHN-dən məlumat verilib.
Qeyd edilib ki, məlumatla əlaqədar FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xüsusi alpinist ləvazimatlarından istifadə edərək dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən bağlı qapı arxasında qalmış vətəndaşa müvafiq köməklik göstərilib.