"Bavariya"nın baş məşqçisi vəzifəsinə əsas namizəd müəyyənləşib.
"Unikal" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Klub əsas namizəd olaraq Yulian Naqelsmannı görür.
Münhen təmsilçisinin idman direktoru Maks Eberl 36 yaşlı almaniyalının mövsümün sonunda klubdan ayrılacaq Tomas Tuxeli əvəzləməsini istəyir.
Naqelsmann 2021-2023-cü illərdə "Bavariya"ya rəhbərlik edib. O, daha sonra Almaniya millisinə baş məşqçi təyin olunub.