Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərindən birinin dayanacağında avtomobillərə qəsdən ziyan vurulması ilə bağlı polisə məlumat daxil olub.
"Unikal" APA-ya istinadən xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib.
Həmin şəxs paytaxt sakini 2001-ci il təvəllüdlü V.Rzayev müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun psixi sağlamlığının yerində olmadığı müəyyən edilib. Həmin şəxsin ixtisaslaşmış həkim briqadasına təhvil verilərək müalicə mərkəzinə yerləşdirilməsi təmin edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə bir gəncin “Sədərək” Ticarət Mərkəzinin dayanacağında avtomobillərin üzərinə çıxaraq qəsdən ziyan vurmasını əks etdirən görüntülər yayılıb.
*** 14:14
“Sədərək” Ticarət Mərkəzinin parklanma ərazisində avtomobillərin üzərində atılıb-düşən şəxs sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
"Unikal" xəbər verir ki, “Sədərək” bazarındakı parklardan birində gənc oğlan avtomobillərin üzərinə çıxaraq atılıb-düşür. Yaxınlıqdakı şəxs isə onu avtomobillərin üzərindən düşürməyə çalışır.