Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində yeniyetmələr arasında Avropa Kubokunun ikinci günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.
"Unikal" xəbər verir ki, idmançılarımız turnirdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanaraq, medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.
Yarışın ikinci günündə oğlanlar arasında 73 kq, 81 kq və +90 kq çəki dərəcələrində 4 cüdoçumuz tatamiyə çıxıb.
Cəsur İbadlı (73 kq) gümüş, Əli Qazıməmmədov qızıl, Mehdi Abbasov (hər ikisi 81 kq) isə bürünc medal qazanıb. Sübhan Axundov (+90 kq) 5-ci yerdə qərarlaşıb.