Rusiya İran və İsrail arasında münaqişənin kəskinləşməsindən narahatdır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. 

"Rusiya Yaxın Şərqdə baş verənlərdən çox narahatdır, münaqişənin daha da gərginləşməsi heç kimin maraqlarına uyğun gəlmir", - deyə Kreml rəsmisi jurnalistlərlə söhbətində bildirib.

Peskov əlavə edib ki, Moskva münaqişənin yalnız siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır.

Ağarza Elçinoğlu