“Evli birinə vurulursan. Başa düşürsən ki, bu insanın ailəsi var. Amma yenə də onu sevirsən. Ürəyə deyə bilməzsən ki, sevmə, o ailəlidir. Ağıl da deyir ki, bu ona, onun ailəsinə qarşı düzgün deyil”.
"Unikal" xəbər verir ki, bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində sevgi ilə bağlı sualı cavablandırarkən aktyor Azər Baxşəliyev deyib.
“Ağla daha çox inanırsansa, ürək uduza da bilər. Amma çox sevirsənsə heç düşünmürsən. Deyirsən ki, sevirəm, evli də olsa, başqa ölkədə də yaşasa, axıra qədər gedəcəyəm”, – deyə o əlavə edib.
Aktyor ağır xəstəlik keçirdiyi dövrdən danışarkən qeyd edib ki, yenidən böyrək nəqli əməliyyatı olunmalıdır:
“2020-ci ildə xəstəliyim ağırlaşdı. Böyrəklərimin hər ikisi sıradan çıxdı. Hamını anası bir dəfə dünyaya gətirir, məni ikinci dəfə də dünyaya gətirdi. Donor oldu və böyrəyinin birini mənə verdi. Əməliyyatdan 4 il keçib, amma yenə də böyrək problemim var. Donor tapılsa, yaxın aylarda mənə yenidən böyrək köçürüləcək”.