“Şərqmotors” MMC vətəndaşın maddi ziyanını ödəmədiyi üçün məhkəməyə verilib.

“Unikal”ın məlumatına görə, Əliyev Murad İsmət oğlu mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlı servis mərkəzi və ehtiyat hissələri mağazalar şəbəkəsindən  Nizami Rayon Məhkəməsinə şikayət edib. Məhkəmə prosesi aprel ayının 17-də hakim Ülkər Yusifovanın sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, vətəndaşın şikayəti ilə bağlı “Şərqmotors” MMC ilə saxladıq. Şirkətin rəsmisi artıq adı çəkilən vətəndaşla razılığa gəldiyini bildirdi. 

Azər İsrafilov