Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin birinci oxunuşda səsverməsi aprelin 17-nə təxirə salınıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, reqlamentdə görüşün saat 21:00-da başa çatması nəzərdə tutulub. Parlamentarilər qanun layihəsinin müzakirəsini başa çatdırmadıqları üçün müzakirənin aprelin 17-də davam etdirilməsi, sonra isə səsvermənin keçirilməsi qərara alınıb.
Qeyd edək ki, qanun layihəsi əleyhinə ölkədə aksiya keçirilir.