Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin Baykal-Amur magistralının (BAM) veteran işçiləri ilə görüşüb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, tədbir magistralın tikintisinə başlanmasının 50 illiyinə həsr olunub.
Dəmir yolunun tikintisinə birbaşa Ulu öndər Heydər Əliyev rəhbərlik edib.
Baykal-Amur magistral xətti dünyanın ən uzun dəmir yolu xətlərindən biridir. İrkutsk vilayəti, Transbaykal vilayəti, Amur vilayəti, Buryatiya və Yakutiya, Xabarovsk vilayəti ərazisindən keçir.
Nuranə Abbasova