Müxalifət Əli Kərimli ilə İsa Qəmbəri xəyanətkar adlandırır
21:27 22-05-2013
İQTİSADİYYAT
Müxalifət Əli Kərimli ilə İsa Qəmbəri xəyanətkar adlandırır
Seçkilərdə müxalifətin hədəfi iki siyasi şəxs olacaq
Prezident seçkiləri yaxınlaşdıqca bir tərəfdən müxalifətin vahid birliyi müzakirə olunursa, digər tərəfdən də ciddi bir parçalanmanın , qruplaşmanın şahidi oluruq. Gəlin bu parçalanmanın mahiyyətinə diqqət ayıraq. Bu gün müxalifət daxilində parçalanma bir neçə sahədə müşahidə olunur. İlk növbədə hazırda demokratik Qüvvələrin Məşvərət Məclisi ilə İctimai palata,daha doğrusu AXCP və Müsavat arasında müşahidə olunur.
Demək olar ki, artıq bu qüvvələri birləşdirəcək heç bir əsas yoxdur və bunu özləri də açıq şəkildə bəyan ediblər. Tək bunu demək olar ki, MQMM-in üzvlərindən olan VİP sədri Əli Əliyev açıq şəkildə Müsavat başqanı İsa Qəmbərə patoloji nifrət edir və bu nifrət artıq siyasi müstəvidə də müşahidə olunur. Müxalifət daxili ikinci parçalanma “Qarabağ” bloku ilə yenə də yuxarıda göstərdiyimiz formatlı İctimai Palata arasında baş verir. “Qarabağ” blokunun üzvü olan ADP sədri Sərdar Cəlaloğlu İctimai Palata ilə demək olar ki, bütün körpüləri yandırıb və seçki zamanı ciddi qarşıdurmanın olmasını proqnozlaşdırmaq çətin deyil. Nəhayət bu gün müxalifət daxilində parçalanmanın sürətlənməsinə Milli Azadlıq Hərəkatında iştirak etmiş şəxslərdə böyük təsir göstərəcək. Bu baxımdan Etibar Məmmədovun, İxtiyar Şirinin, Sürət Hüseynovun,Rəhim Qazıyevin adını xüsusi ilə çəkmək lazımdır. Həmçinin azadlıq hərəkatında iştirak edən başqa bir qanadda var ki, onlarda kifayət qədər aktiv olacaqlar. Amma gəlin öncəliklə birinci qanadın təsirinə baxaq. Milli Azadlıq Hərəkatında iştirak etmiş şəxslərin bu gün müxalifətin üzərinə gəlməsi müxalifət üçün daha ağır nəticələr verəcək və bunun artıq şahidi oluruq. Məsələn Rəhim Qazıyevin verdiyi son açıqlama buna əyani misaldır. “Nə İsa Qəmbər, nə də Əli Kərimli bu xalqı düşünürlər. Onları daha çox öz şəxsi maraqları düşündürür”. Bu fikirləri sabiq müdafiə naziri Rəhim Qazıyev bildirib.Ölkədə seçkiqabağı siyasi vəziyyətə münasibət bildirən keçmiş nazir Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin ünvanına ağır ittihamlar irəli sürüb.R.Qazıyev müxalifət liderlərini həmçinin görüşə çağırıb:“Mən nə İsa Qəmbəri, nə də Əli Kərimlini dəstəkləyirəm. Bu insalar ancaq öz maraqları naminə çalışırlar, onları nə xalq, nə də millət düşündürür. Problemlər qalıb qıraqda, bunlar aralarında bir-birlərini qırırlar ki, birinci mənəm.Əlini tərifləyən kimi Müsavat başlayır qırğın salmağa, İsanı tərifləyən kimi cəbhəçilər. Bu insanlar heç vaxt bir olmayıblar, olan da deyillər.İsa Qəmbər də, Əli Kərimli də Əbülfəz Elçibəyi özlərinə müəllim, yol göstərən seçmişdilər. Əlinin də, İsanın da, Mirmahmudun da başının üstündə Elçibəyin şəkli var. İsa Qəmbər 2000-ci ildə Elçibəyin tabutunun qarşısında baş əyirdi, amma 1998-ci ildə seçkilərdə geri durmadı ki, Əbülfəz bəy gəl, sən önə keç.İsa Qəmbər vahid komandanı parçaladı. Gəlsinlər oturaq bir yerdə görüşək, bu sözləri üzlərinə də deməsəm, sübut eləməsəm, qulaqlarımı kəsərəm.Bunlar 20 ildir millətdən nə istəyirlər. 2003-cü ildə mən həbsxanada olanda İsa Qəmbər xalqın qarşısında bildirdi ki, “siz mənə səs verin, sizi müdafiə eləmək mənlikdir”. Camaat meydana çıxanda İsa getdi evində oturdu. Mənim o yaşım deyil ki, nəyisə gopa basım”-deyə R.Qazıyev müxalifət liderlərini topa tutub.Maraqlısı isə budur ki, dünənə qədər Rəhim Qazıyev məhz müxalifət tribunasından yararlanaraq cəmiyyətdə öz imicini formalaşdırırdı. İndi isə hədəfdə müxalifətdir. Yuxarıda da göstərdiyimiz kimi hərəkatda iştirak edən bir qanadda var ki, bu qanadında aktivləşməsi təsirsiz ötüşməyəcək. Söhbət siyasi proseslərdən kənara çəkilərək Əbülfəz Elçibəy düşüncələrinə sadiq qaldıqlarını bəyan edənlərdir. Bu qanadda özlüyündə İsa Qəmbəri və Əli Kərimlini Elçibəy ideyalarına xəyanətdə ittihamlayırlar və seçki zamanı bununda şahidi olacağıq.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53