Məşhur aktrisa Serenay Sarıkaya müğənni Mert Dəmirlə eşq yaşayır.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir sevgilərini mediadan gizli saxlayan cütlük ötən axşam əl-ələ görüntülənib.
Jurnalistlərin obyektinə tuş gələn Sarıkaya "Mert Dəmirlə münasibətiniz necə gedir?" sualına, o, "Yaxşı gedir, hər şey qaydasındadır", - deyə cavab verib.
Qeyd edək ki, Sarıkaya sonuncu dəfə "Ailə" serialında "Devin" obrazını canlandırıb.