Rusiya ilə Ukrayna arasında hərbi münaqişə Kiyevin xeyrinə inkişaf etmir.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Vəziyyət Donbassdakı ukraynalıların xeyrinə inkişaf etmir. Təbii ki, ölkənin digər yerlərində də”, - Baydenin müşaviri jurnalistlərin müvafiq sualını cavablandırarkən etiraf edib.
Bundan əvvəl ABŞ-nin Ayova ştatından olan senator Conni Ernst bildirmişdi ki, ABŞ hərbi yardım göstərməkdə ləngidiyi üçün Ukrayna Rusiya ilə hərbi münaqişədə artıq məğlubiyyətə uğrayıb.