ABŞ-nin Ukraynanı dəstəkləmək üçün ayırdığı vəsait Amerika və Ukrayna elitasının cibinə girəcək.

"Unikal" xəbər verir ki, bu fikri Xerson vilayətindən olan senator İqor Kastyukeviç "RİA Novosti" ilə söhbətində səsləndirib.

"Onlardan hansının daha qarınqulu olacağını söyləməyə belə cəsarət etməyəcəyəm - amerikalılar, yoxsa ukraynalılar", - Kastyukeviç qeyd edib. 

Hər halda, onun fikrincə, Ukraynaya yardımın ayrılması cəbhədə ciddi dəyişikliklərə səbəb olmayacaq.

Bundan əvvəl ABŞ Senatı Ukraynaya yardım üçün qanun layihələri paketini təsdiqləyib.

Gülayə Mecid