Gəncədə 32 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Sevinc qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Elyar Abbasov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə E.Abbasov tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov