Təcavüz və cinsi zorakılıqda təqsirləndirilən məşhur Hollivud prodüseri Harvi Vaynşteynin məhkumluğu ləğv edilib.
"Unikal" xəbər verir ki, bu barədə Nyu-York Yüksək Məhkəməsi qərar qəbul edib.
Apellyasiya Məhkəməsi Vaynşteynin işinə sədrlik edən məhkəmə hakiminin mühüm səhvə yol verdiyini müəyyən edib.
Bu səbəbdən də onun hökmü qüvvədən düşüb.
Qeyd edək ki, 71 yaşlı Harvinin ünvanına ilk ittihamlar 2017-ci ilin sonunda irəli sürülüb. Son 30 il ərzində onun 80-dən çox xanıma təcavüz etdiyi deyilir.
Onlar arasında Ancelina Coli, Qvinet Peltrou, Salma Hayek kimi məşhur aktrisalar da var. O, 2020-ci ildən həbs olunub. Harviyə 23 il həbs cəzası verilmişdi.