Təcrübəli qolkiper, ulduz futbolçu Fernando Muslera Uruqvay millisində karyerasını bitirdiyini açıqlayıb.
“Unikal” xəbər verir ki, bu barədə Uruqvay Futbol Federasiyası məlumat yayıb.
Təcrübəli qolkiper 2009-cu ildən indiyədək millidə 133 oyunda iştirak edib. Uruqvay yığmasının heyətində 2010, 2014 və 2018-ci il dünya çempionatı təşkilatlarında 16 dəfə forma geyinən Muslera heyətdə olsa da, DÇ-2022-nin heyətində oynamaq şansı qazanmayıb.
Muslera həm də Uruqvay Milli Komandası ilə 2011-ci ildə Amerika Kubokunu qazanmağın sevincini yaşayıb.
Qeyd edək ki, 37 yaşlı qapıçı 2011-ci ildən "Qalatasaray”da çıxış edir.