Çində iki qəzəbli panda zoopark işçisinə hücum edib.

"Unikal" xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat yayıb. 

Hadisə şahidlərinin sözlərinə görə, pandalar zooparkın işçisi təmizlik etmək üçün onların həyətinə daxil olan zaman ona hücum edib. Qadın yüksək səslə qışqıraraq onlarla mübarizə aparmağa çalışarkən heyvanlar onu dişləməyə başlayıblar. 

Pandalar insanlara qarşı aqressivliyi ilə tanınmadığından bu hadisə mütəxəssislər üçün tam sürpriz olub. İndi işçilər heyvanların bu cür hərəkətlərinə nəyin səbəb ola biləcəyini öyrənməyə çalışırlar.