Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
"Unikal" xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda moldovalı Adil Osmanovla qarşılaşıb.
Rəqibinə qızıl xal bölümündə qalib gələn H. Heydərov həlledici görüşə vəsiqə qazanıb. O, finalda Danil Lavrentev (AIN) – Con-Benjamin Qaba (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.