Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Macarıstan çempionatında bürünc medal qazanıb.

"Unikal" xəbər verir ki, onun komandası “Bekeşçaba” 3-cü yer uğrunda görüşdə “MAV Elöre”ni üstələyib - 3:2.

Qeyd edək ki, Stepanenko bu mövsüm Macarıstan Kubokunda gümüş medala sahib çıxıb.