Mingəçevirdə qapıları döyərək əhalidə qorxu yaradan qadın müəyyən olunub.
"Unikal"ın məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntülərdə həmin qadının əlində bıçaqla qapıları döyərək sakinlər arasında vahiməyə səbəb olduğu görülür. .
Məsələ ilə bağlı "Unikal"ın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, görüntülər Mingəçevir şəhərində qeydə alınıb.
Həmin şəxsin əqli qüsurlu olduğu və ruhi-əsəb dispanserində qeydiyyatda olduğu müəyyən edilib.
Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.
Ehtiram Muradov