Həmkəndlilər arasında düşən düşən dava bıçaqlanma ilə nəticələnib.
"Unikal" xəbər verir ki, hadisə Zaqatala rayonunun Qandax kəndində baş verib.
Belə ki, kənddə çayxana işlədən 1991-ci il təvəllüdlü Nurlan Zəkər oğlu Muradovla çayxanaya müştəri qismində gələn həmkəndlisi Tural adlı şəxslə aralarında mübahisə yaranıb. Nəticədə Tural adlı şəxs 33 yaşlı Nurlan Muradovu bıçaqlayıb.
Yaralı dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. N. Muradovun bədənində 10 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkar edilib. Yaralının vəziyyəti nəzərə alınmaqla cərrahi əməliyyat olunub. Vəziyyətinin kafi oldugu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli