Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə kəsici-deşici alətlərin şəhər ərazisində satışının təşkil edildiyi iki obyekt müəyyən edilib. Obyektlərdən xəsarət yetirmək təyinatına malik ümumilikdə 70 ədəd kəsici-deşici alət aşkar olunaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub.
Faktlarla bağlı araşdırmalar aparılır.