Aprelin 27-də Yasamal rayonu ərazisində bir nəfər şəxsin bank kartının oğurlanması və marketlərin birində kartından 279 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.
"Unikal" Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal RPİ 26-cı Polis Bölməsinin keçirdiyi tədbirlərlə oğurluqda şübhəli bilinən Akif Əliyev, Səbuhi Əliheydərov və Sərdar Şükürov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.