İsmət Abbasovu bank yaratmağa qoymurlar
19:25 23-05-2013
İQTİSADİYYAT
İsmət Abbasovu bank yaratmağa qoymurlar
Kənd təsərrüfatı naziri arzusunu gerçəkləşdirə bilmir
Kənd təsərrüfatı naziri İsmət Abbasov bank yaratmaq niyyətindədir. Amma onun xeyli müddətdən bəridir bu istəyi reallaşmır. Səbəbi isə nazirin iqtidar içindəki rəqibləridir. Bunu adının çəkilməsini istəməyən mənbə "Unikal"ın əməkdaşı ilə söhbətində bildirib.
Mənbə deyib ki, Abbasovun dünən bu mövzuda səsləndirdiyi açıqlama əslində onun son çarə kimi atdığı addımdır: "Nazir bu məsələni ictimailəşdirmək, gündəmə gətirməklə rəqiblərinin geri çəkilməsini, yaratdığı manələri aradan qaldırmasını təmin etmək istəyir".
Xatırladaq ki, dünən İsmət Abbasov jurnalistlərlə söhbətində ölkədə aqrar bankın yaradılması zərurətindən danışıb. ""Azərbaycanda ixtisaslaşmış aqrar bank təşkilatının yaradılmasının tərəfdarıyam" deyən kənd təsərrüfatı naziri İsmət Abbasov daha sonra bildirib ki, bu gün Azərbaycanda aqrar sahəyə kredit ayıran kifayət qədər banklar var: "Eləcə də, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı vəsaitlər də müvəkkil banklar vasitəsi ilə fermerlərə verilir. Həmçinin, Nazirliyin yanında Kənd təsərrüfatı kreditləri üzrə Dövlət Agentliyi tərəfindən də müvəkkil banklar vasitəsi ilə fermerlərə kreditlər ayrılır. Eyni zamanda, müəyyən bank olmayan kredit təşkilatları da bu işi həyata keçirir".
Bununla yanaşı, nazir bildirib ki, gələcəkdə ölkədə hər hansı bir ixtisaslaşmış aqrar bankın yaradılması və bugünkü bankların hər hansı birinin aqrar bankı olaraq fəaliyyət göstərməsi məqsədə uyğun olardı.
Qəzetimizə danışan mənbənin dediyinə görə isə İsmət Abbasov ayrıca aqrar bankın yaradılması ideyası ilə hökumət daxilində bir neçə dəfə çıxış edib. Əvvəlcə həmin təklif isti qarşılansa da, sonradan vəziyyət dəyişib: "Əvvəla, kənd təsərrüfatı nazirinin "vurulması"nda maraqlı olan qüvvələr bu təşəbbüsün gerçəkləşməsinin İsmət Abbasovun güclənməsinə gətirib çıxaracağından narahat olublar, ona görə də həmin ideyanın həyata keçməsinə var gücləri ilə maneçilik törətməyə başlayıblar. Nəticədə bir ara yaradılması tamamilə real olan aqrar bank məsələsi sonradan tamamilə gündəmdən çıxıb. İkincisi, belə bir bankın yaradılması kənd təsərrüfatı kreditləşmələrində digər bankların maraqları ilə ziddiyyət təşkil edirdi. Bəzi başqa banklar bununla aqrar sektora ayrılan kreditlərdən gələn gəlirlərini itirəcəklərini düşündüklərindən narahat olmağa başlamışdılar. Belə bankların arxasında kifayət qədər nüfuzlu məmurlar dayanır və dolayısı ilə İsmət Abbasovun irəli sürdüyü təşəbbüsün gerçəkləşməsi həm də həmin məmurların mənafelərinə zərbə olacaqdı. Odur ki, bankir-məmurlar da iqtidar içindəki təsir imkanlarından yararlanıb Kənd Təsərrüfatı Nazirinin təklifinin gündəmdən çıxarılmasına nail oldular".
Məhz bunları göz önünə alan İsmət Abbasovun aqrar bank ideyasını ictimailəşdirdiyi düşünülür. "Kənd Təsərrüfat Nazirinin açıqlamasından sonra bu mövzu həm mətbuatda, həm də ekspertlər arasında müzakirə mövzusu olacaq. Böyük ehtimalla cəmiyyətdən ciddi dəstək toplayacaq, xüsusilə fermerlər belə bir bankın yaradılmasını yüksək qiymətləndirəcəklər. Nazir də məhz bunları nəzərə alıb və geniş ictimai dəstək qazanmasından sonra aqrar bank ideyasının reallaşmasını əngəlləməyə çalışan bəzi məmurların geri çəkiləcəyini təxmin edir" deyə mənbəmiz fikirlərini yekunlaşdırıb.
Azər Aslan
Digər Xəbərlər
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31