Şahzadə Uilyam və şahzadə Keyt Middltonun evliliyinin 13-cü ildönümü münasibətilə Kensinqton sarayının sosial media hesabında paylaşım edilib.
"Unikal" xəbər verir ki, paylaşımda Uilyam və Keytin toy günündən indiyə qədər görülməmiş foto yer alıb.
Fotonun ağ-qara fonda verilməsi Keytin xərçəng xəstəliyi ilə əlaqədar kral ailəsinin keçirdiyi çətin dövrlə əlaqələndirilir.
Qeyd edək ki, Keytlə Uilyam 2011-ci ilin aprelində Vestminsterdə keçirilən toy mərasimi ilə ailə qurublar.