"Khazar" markalı, 99-GJ-880 dövlət qeydiyyat nişanlı avtomobili nömrə nişanları olmadan idarə etdiyi üçün Əlimusa İsmayılov Baş DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
"Unikal" xəbər verir ki, yoxlama zamanı onun avtomobili hüquqsuz idarə etməsi, habelə saxlanılan avtomobilin üzərində əvvəllər törədilmiş yol hərəkəti qayda pozuntularına görə 1678 manat məbləğində ödənilməmiş cərimə borcunun olması aşkar edilib.
Bununla yanaşı təəssüf hissi ilə qeyd edilməlidir ki, sürücülük hüququ olmayan Əlimusa İsmayılov 5 ay bundan əvvəl bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətdiyi üçün barəsində görülən qanunamüvafiq tədbirlərdən düzgün nəticə çıxarmamış, eyni əməllərə yol verməklə özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmaqdan çəkinməyib.