Xətai rayon məhkəməsinin qərarı ilə Anar Məmmədli barəsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçilib.
"Unikal" xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Vəkil Cavad Cavadovun sözlərinə görə, qərardan apellyasiya şikayəti veriləcək.
*** 14:36
Məlum olduğu kimi, ötən gün saxlanılan hüquq müdafiəçisi Anar Məmmədli cinayət məsuliyyətinə cəlb edilib.
"Unikal" xəbər verir ki, A.Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu günlərdə onun məhkəməyə çıxarılacağı gözlənilir.