Ukrayna Rusiya ilə müharibədə qalib gəldikdən sonra Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olacaq.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb.
Zelenski Alyansın baş katibi Yens Stoltenberqin iştirakı ilə NATO standartları üzrə peşəkar hərbi təhsil kursları keçən zabitlərlə birgə görüşü zamanı deyib: "Mənim şəxsi fikrimcə, biz yalnız qələbə qazandığımız zaman NATO-da olacağıq..."
Prezident əlavə edib ki, Ukraynanın NATO-ya qoşulması ilə bağlı qərar Alyansa üzv olan bütün ölkələrin yekdil rəyindən asılıdır: "Çoxluq isə Ukraynanın siyasi olaraq Alyansa qəbul olunması üçün bu, qələbəni tələb edir".
Ağarza Elçinoğlu