Ermənistanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər zamanı qeydə alınan pozuntularla bağlı indiyədək 29 siqnal daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, saat 14:00-a olan vəziyyətə əsasən, daxil olan müraciətlər üzrə 6 nəfər saxlanılıb.
Nazirlik həmçinin qeyd edib ki, seçki prosesi zamanı mümkün qanun pozuntuları ilə bağlı daha 121 müraciət hazırda araşdırılmaq üçün emal mərhələsindədir.





















































