Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aprelin 30-da inzibati ərazidə hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, tədbirlər nəticəsində tütün məmulatlarından istifadə qaydalarını pozan 12, qanunsuz küçə ticarəti ilə məşğul olan 10, məişət tullantılarını urnalardan kənara atan 15, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin tələblərini pozan 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.