Fransada məhbusların sayı ölkə üçün tarixi rekord həddə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə “Le Figaro” nəşri ölkənin Ədliyyə Nazirliyinin yaydığı hesabata istinadən məlumat yayıb.
Məlumata görə, bu il aprelin 1-nə ölkədə məhkumların sayı 77,4 min nəfərə çatıb. Bu, ötən illə müqayisədə 4,3 min nəfər çoxdur.
“Aprelin 1-nə Fransa həbsxanalarında cəmi 61,5 min çarpayı var idi”, - məqalədə vurğulanıb.