Rusiya Federasiyasında polis generalı olan Ramiz Abışov vəfat edib.
"Unikal" xəbər verir ki, o, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında dünyasını dəyişib.
Mərhum uzun müddət Rusiyanın Nijni-Novqorod vilayətində polis orqanlarında rəhbər vəzifələrdə çalışıb.
Qeyd edək ki, polis generalı Abışov Ramiz Ziyad oğlu 1957-ci ildə Biləsuvarın Aşağı Cürəli kəndində doğulub.