İsrail tərəfindən Rəfahda hərbi əməliyyat həyata keçirilərsə, bu, Yaxın Şərq münaqişəsinin ən təhlükəli eskalasiyası və bütün region üçün ciddi nəticələrə səbəb olacaq.
"Unikal" xəbər verir ki,, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.
“Rəfahda hərbi əməliyyat minlərlə dinc sakinin ölümünə və yüz minlərlə insanın qaçqın düşməsinə səbəb olan dözülməz eskalasiya olardı. Bunun Qəzzadakı fələstinlilərə təsiri dağıdıcı olacaq. Mən İsrail üzərində təsiri olan hər kəsi bunun qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağırıram”, - deyə Baş katib qeyd edib