İrəvanın Zvartnots Beynəlxalq Hava Limanında ölüm hadisəsi baş verib.
"Unikal" Ermənistan mediasına istinadən xəbər verir ki, Moskva-İrəvan reysi ilə uçan təyyarədə sərnişinlərdən biri ölüb.
Polis və müstəntiqlər müəyyən ediblər ki, ölən şəxs uçuş zamanı səhhəti pisləşən Rusiya Federasiyası vətəndaşı 78 yaşlı Manuk M. olub, bundan sonra fövqəladə Hallar Nazirliyinin növbətçi qrupu onun bioloji ölmüş olduğunu elan edib.
Məhkəmə-tibb ekspertinin ilkin rəyinə görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.