Tbilisidə polis etirazçılara qarşı bibər qazından istifadə edib.
"Unikal" xəbər verir ki, "xarici agentlər haqqında qanun"a etiraz edən aksiyaçılar parlament binasına girişləri bağlamağa çalışıblar.
Bundan sonra onlarla polis arasında toqquşmalar başlayıb.
Etirazçılar təhlükəsizlik qüvvələrinə müxtəlif əşyalar, o cümlədən plastik butulkalar atıblar.
Xüsusi təyinatlılar etirazçıları parlamentin girişindən uzaqlaşdırmaq üçün onlara bibər qazı sıxıb. Ərazidə su şırnaqları da hazır vəziyyətə gətirilib.