Amerikalı yazar Pol Oster vəfat edib.
"Unikal" xəbər verir ki, tazar 77 yaşında Bruklindəki evində dünyasını dəyişib. Onun ölümünə səbəb ağciyər xərçəngindən yaranan ağırlaşmalar olub.
Qeyd edək ki, P.Oster "Nyu-York Trilogiyası", "Yalnızlığın kəşfi", "İlluziyalar kitabı", "Duman", "Qaranlıqdakı adam" kimi bir çox əsərlərin müəllifidir.