Mayın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Sarayevo küçəsi 38 C ünvanı üzrə yeni ərazi partiya təşkilatı yaradılıb.
"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə partiyanın keçdiyi şərəfli yoldan, yeni-yeni hədəflərə doğru inamla irəliləməsindən, cəmiyyətin avanqard qüvvəsi kimi artan nüfuzundan geniş bəhs edib. YAP Xətai rayon təşkilatının sədri yeni yaradılan ərazi partiya təşkilatına fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Diaqnoz Tibb Mərkəzinin baş həkimi Ələddin Cabbarov YAP-ın keçdiyi şərəfli yoldan və yeni ərazi partiya təşkilatının yaranmasının əhəmiyyətindən danışıb. Bildirib ki, tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası ölkəmizin keçdiyi yolun bələdçisi olmaqla yanaşı, uğurlarımıza verdiyi töhfələri ilə diqqətdədir. Heydər Əliyev yolu Azərbaycanı, yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasını daim zirvələrə aparır. Tarixi Zəfərimiz əldə olunan uğurların zirvəsidir.
Digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının yarandığı gündən ona göstərilən etimadı dorultduğunu bildiriblər.
Sonda təşkilatı məsələyə baxılıb. Rəvanə Bağırova yeni yaradılan Sarayevo küçəsi 38 C ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Sədaqət İsmayılova sədr müavini seçiliblər.